“Müharibənin dayandırılması üçün Moskvaya təzyiq edilməlidir”-Şolts Siyasət

“Müharibənin dayandırılması üçün Moskvaya təzyiq edilməlidir”-Şolts

Almaniya kansleri Olaf Şolts Almaniya Bundestaqında etdiyi çıxışda Çini Rusiyaya müharibədə istifadə etmək üçün silah göndərməməyə çağıraraq, "Rus qoşunlarının geri çəkilməsini təmin etmək üçün Moskvadakı nüfuzunuzdan istifadə edin" deyib.
Xalqcəbhəsi.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Almaniya Bundestaqında mühüm açıqlamalar verib. Çini müharibədə istifadə etmək üçün Rusiyaya silah göndərməməyə çağıran Şolts, “Çinə açıq mesajım budur: “Rus qoşunlarının geri çəkilməsini təmin etmək üçün Moskvadakı təsirinizdən istifadə edin. Təcavüzkar Rusiyaya heç bir silah verməyin”. Şolts, silah dəstəyi əvəzinə Moskvaya müharibənin dayandırılması üçün təzyiq edilməli olduğunu bildirib. Şolts əlavə edib ki, Pekinin nüvə gərginliyini azaltmaq səylərini alqışlayır.
Almaniya kansleri Rusiya-Ukrayna müharibəsi səbəbiylə Almaniyadan Kiyevə müdafiə xərclərinin artdığı günlərdə Almaniyanın müdafiə sənayesində istehsalın sürətləndirilməsi üçün uzunmüddətli müqavilələr və qabaqcadan ödənişlər ediləcəyini vəd edib.
Digər tərəfdən müharibənin bitməsi üçün müxtəlif ölkələrdə keçirilən etirazlara da toxunan Şolts "Berlində "müharibəyə yox" şüarları səsləndirilərkən və bütün silah tədarükünün dayandırılması tələb edilərkən sülh əldə edilə bilməz",- deyə əlavə edib.