“Məqsəd də KTMT-nin müharibəyə cəlb edilməsidir”-politoloq Siyasət

“Məqsəd də KTMT-nin müharibəyə cəlb edilməsidir”-politoloq

“Ukraynanın Rusiyaya hücumu gözlənilirdi. Müharibənin birinci mərhələsində Bryansk ərazisində bir neçə dəfə partlayışlar olub. Rusiya bu partlayışları Ukraynanın törətdiyini deyib”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, diqqətə çatdırıb ki, amma Rusiya KTMT-ni prosesə cəlb etmək üçün feyk məlumatlar da yaya bilər: “Putinin dərhal Təhlükəsizlik Şurasının iclasını çağırması və bunu terror hücumu adlandırmsı gülünc yanaşmadır. Rusiya bu gün Ukayna ərazisində hərbi müdaxilə edib, real işğal siyasətini gerçəklşdirir. Ukraynada yüzlərlə mülki insanın həyatına son qoyulub. Ola bilər ki, bu tipli xəbərlər Rusiya tərəfindən məqsədyönlü şəkildə ortaya atılsın. Məqsəd də KTMT-nin müharibəyə cəlb edilməsidir. İkincisi Rusiyanın ballistik nüvə başlıqlı raketlərdən istifadə etmək niyyəti də ola bilər”.

Əli