“İsveç və Finlandiyadan gözləntilərimiz açıq şəkildə yazılıb”-Akif Çağatay Kılıc Siyasət

“İsveç və Finlandiyadan gözləntilərimiz açıq şəkildə yazılıb”-Akif Çağatay Kılıc

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç İsveçin NATO-ya üzvlük prosesini dəyərləndirib. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçin NATO-ya üzvlüklə bağlı üçlü memorandumda üzərinə götürdüyü öhdəlikləri xatırladan Kılıç, İsveçdə dəyişdiriləcək qanunların tətbiqini görmək istədiklərini söyləyib.
İsveçin paytaxtı Stokholmda keçirilən Avropa İttifaqının (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti toplantısına TBMM Xarici Əlaqələr Komitəsi və Milli Müdafiə Komissiyasının üzvləri ilə qatılan Kılıç açıqlamalar verib.
Kılıç, Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlük üçün imzalanan Üçlü Memorandumun şərtlərinin yerinə yetirilməsi ilə bağlı Türkiyənin gözləntilərini yeniləyərək, “Bu memorandumda İsveç və Finlandiyadan gözləntilərimiz açıq şəkildə yazılıb, ancaq biz təkcə danışmırıq, biz qəbul edilən qanunun rəsmi orqanlar tərəfindən həyata keçirilməsini görmək istəyirik”, deyə bildirib.
Bu xəbərdarlıqları daha əvvəl də İsveç səlahiyyətlilərinə çatdırdıqlarını vurğulayan Kılıç deyib: “22 dekabr 2022-ci il tarixində parlamentimizdə Xarici Əlaqələr Komitəsi olaraq İsveç Xarici İşlər Naziri Tobias Billström və onu müşayiət edən nümayəndə heyəti ilə iki saatlıq görüş keçirdik. Müxalifət və hökumət olaraq Billströmlə görüşümüzdən sonra ümidli hiss etdik. Təhlükə qavrayışlarımızı və təhlükəsizlik narahatlıqlarımızı anladıqlarını düşündük.Amma təəssüf ki, bizim anlamadığımız və qəbul etmədiyimiz şəkildə bizi dərindən yaralayan, bütün dünyada müsəlmanları incidən Qurani-Kərimin yandırılmasına icazə verildi. Hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan və hörmətli Məclis sədrimiz Mustafa Şentop və biz bu hərəkətin bizim üçün nə demək olduğunu həmsöhbətlərimizə çox aydın şəkildə izah etdik”.
Kılıç əlavə edib ki, Türkiyə, İsveç və Finlandiya arasında Daimi Müştərək Mexanizmin üçüncü iclası martın 9-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.
Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra İsveçin münasibətini qiymətləndirən Kılıç, "Bizə əl uzadanların, gözəl şəkildə ünsiyyətdə olanların, çətin anlarımızda dəstək olanların haqqını unutmuruq. İsveç hökumətini və İsveç vətəndaşlarını zəlzələ ilə əlaqədar göstərdikləri dəstəyə görə təşəkkür edirik",- deyə vurğulayıb.

Əli