“Müharibənin sonu parçalanma ola bilər”
16 Dekabr 21:33
16 Dekabr 21:33
16 Dekabr 21:13
16 Dekabr 20:12
16 Dekabr 18:38
15 May 2023 11:49
2 947
Avropa Birliyinin Brüssel görüşünə xüsusi maraq göstərməsi və məqbul nəticə alınması yolunda davamlı addımları Azərbaycan-Ermənistan münaqişəsinin sona çatmasında maraqlı olduğunu əyani şəkildə nümayiş etdirir. Bu marağın ilk növbədə Azərbaycanın Aİ ölkələri ilə yürütdüyü siyasətlə bilavasitə əlaqəsi olduğunu vurğulamaqla yanaşı, Avropa Birliyinin də Cənubi Qafqazda sülhün bərqərar olunmasının özünün geostrateji prioritetləri sırasına daxil etdiyi aydın görünür.
Bunu "xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Politoloq qeyd edib ki, beynəlxalq iqtisadi layihələrin təşkilatçısı və təminatçısı kimi Azərbaycanın AB-nin təhlükəsizliyində oynadığı rol danılmazdır: "Bu amil AB-nin Azərbaycana, eləcə də Azərbaycan-Ermənistan münaqişəsinə olan münasibətini də dəyişib. AB tezliklə münaqişənin başa çatmasında maraqlıdır. Münaqişə səbəbindən təhlükə altına düşən bir sıra layihələrin Ermənistanın və onun havadarlarının destruktiv fəaliyyəti ilə uzlaşmaması artıq uzun sürə bilməz. AB-nin israrla bir neçə dəfə görüşlər təşkil etməsi, tərəflərin mövqelərinin yaxınlaşması üçün vasitəçilik etməsi bir daha onu göstərir ki, AB bu münaqişənin davam etməsini geostrateji baxımdan təhlükəli hesab edir. Münaqişənin davam etməsi dünya düzənini pozur. Yeni dünya düzənini yaranması fonunda bəzi ölkələrin destruktiv fəaliyyətinə zəmin yaradır, məsələn Rusiya kimi".
Cavid
16 Dekabr 17:20
1 141
16 Dekabr 17:19
1 253
16 Dekabr 17:08
1 099