Güney Qafqaz uğrunda yeni çarpışma başlayır Siyasət

Güney Qafqaz uğrunda yeni çarpışma başlayır

"Bu gün Gürcüstanda "Noble Partner - 2016" kod adlı altında keçirilən NATO təlimləri əvəlki təlimlərdən xeyli fərqlənir. Amerikadan gətirilmiş çoxlu sayda ağır hərbi texnikanın da tətbiq olunduğu bu təlimlər böyük dövlətlər arasında Güney Qafqaz uğrunda yeni çarpışmanın başlandığının göstəricisidir".
Bu fikirlər millət vəkili, siyasi ekspert Sahib Alıyevə aiddir. O, bildirib ki, təlimlərdən sonra həmin texnikanın böyük bir hissəsi Gürcüstanda qalacaq və orada NATO çevik operativ reaksiya qüvvələrinin dəstəsi yerləşdiriləcək. Buna mini hərbi baza da demək olar: "Heç təsadüfi deyil ki, prezidenti Vladimir Putin həmin təlimlər ərəfəsində ölkəsinin hərbi elitasıyla 3 gün dalbadal toplantı keçirdi. Özü də Moskvada yox, məhz Gürcüstanın qulağının dibində - Soçidə. Əgər söhbət Gürcüstandan gedirsə, Kremlin orada cavab addımı yəqin ki, Güney Osetiyanın referendum yolulya Rusiyaya birləşdirilməsi olacaq. Biz artıq elə bir mərhələnin başlanığıcındayıq ki, böyük güclərin gözündə regionun açar dövləti olaraq Azərbaycanın önəmi daha da artır. Fikrimcə, qarşıdakı Dağlıq Qarabağ danışıqlarında da məhz bu reallıq az rol oynamayacaq,- deyə millət vəkili vurğulayıb.