“Ukraynanı Qərb oda atıb” Siyasət

“Ukraynanı Qərb oda atıb”

Mövlud Çavuşoğlu: "Qərb Ərdoğan və Putinin əyilməzliyini görüb narahat olur"

NATO daxilində Rusiyaya qarşı sanksiyalara qoşulmayan tək ölkə bizik.
Bunu "Sputnik" agentliyinə müsahibəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. Onun sözlərinə görə, son 7-8 ay ərzində hər iki ölkə bir-birinin dəyərini çox gözəl anladı: "Rusiya bizim üçün bölgədə dostdur. Rusiya Türkiyədən daha etibarlı dost tapa bilməz. Bir zamanlar Rusiya ilə münasibətlərimizin yaxınlaşmağını bizə tövsiyyə edən ölkələr indi bundan narahat olmağa başlayıblar".
O, Rusiya Prezidenti Vladimir Putinin Qərb qarşısında əyilmədiyini bildirib:
"Türk millətinin gözü açılıb və həqiqətləri görür. Biz doğruları bundan sonrakı dönəmdə də söyləməyə davam edəcəyik. Putin açıq sözlüdür. O, doğruları da, yanlışları da Qərb ölkələrinin üzünə söyləyir. Onlar da məhz belə şeylərə görə Türkiyə və Rusiyanı 2-ci sinif ölkələr olaraq görürlər. Qərb Ərdoğan və Putinin əyilməzliyini görüb narahat olur. Bundan sonra da inciməsinlər, ona görə ki, əgər belə davam edərsə, bizdən çəkinməyə davam edəcəklər. Mən uzun illərdir söyləyirəm ki, nəhəng Rusiyaya təhqiramiz yanaşmaq lazım deyil. Bu, bir nəticə verməyəcək. Rusiyanı təhqir edərək heç nə əldə etmək olmaz. Eyni şeyləri Türkiyədən də əldə edə bilməzlər".
Çavuşoğlu Ukraynanı Qərbin oda atdığını bildirib: "Ukraynanın başına gələnlərə baxın. Ukraynanı hər zaman təhdid etdilər. Onlara dedilər ki, həm Rusiya, həm biz olmaz - ya bizi, ya da ki, Rusiyanı seçəcəksən. Belə bir anlayış ola bilməz. Ukraynanın başına gələnlərin əsas səbəblərindən biri də budur. Ukrayna və Krım məsələsində mövqeyimiz dəyişməz olaraq qalır. Ukrayna bu problemləri yaşamadan 1,5-2 il öncə proqnozlarımı vermişdim. Təəssüf ki, hamısı reallaşdı. Qərbin başqa dövlətlərə yanaşmasını dəyişməsi lazımdır".