“Fətullahçılara qarşı mübarizə gücləndirilməlidir” Siyasət

“Fətullahçılara qarşı mübarizə gücləndirilməlidir”

Dilavər Əzimli: "Bu sınaqlardan yalnız ağıllı və gərəkli addımıar atmaqla çıxmaq mümklündür"

Vüqar Zifəroğlu: "Bu cür qruplaşmalara qarşı tədbirlər davam etdirilməlidir"

Toğrul Allahverdi: "Diaspor təşkilatlarımlzda da bu FETÖ bəlası var"

Fəzail Ağamalı: "Cinayət məsuliyyətinə cəlb edilməlidir"

Fətullahçılara qarşı Türkiyədə aparılan əməliyyatlar sərt formada davam etdirlir. Bütün sahələrdə müvafiq tədbirlər görülür. Ölkədən qaçan iş adamlarından xoşluqla təslim olablar da var. Ekspertlər düşünürlər ki, uzun illərdən bəri Azərbaycana da girən bu şəbəkəyə qarşı tədbirlər görülməli və bu tədbirlər davamlı olmalıdır.
Bütöv Azərbaycan Ocaqlarının sözçüsü, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli bildirdi ki, Azərbaycanda fətullaçıların örgütlənməsi əslində, ötən əsrin 90-cı illərindən başlanıb. Onun sözlərinə görə, tarixi anliz edəndə, biz bunun əyani şahidi oluruq: "O zaman qanlı "20 yanvar" olayları baş verəndə Fətullah Gülən adamı təlatümə gətirən bir çıxış edərək SSRİ-ni ittiham etdi. Onu o çıxışdan sonra tanıdıq. 1991-ci ildə mən Türkiyədə oldum. Bu nitqi onu Türkiyənin hər yerində qəhrəmana çevirmişdi. İndi məlum olur ki, bu çıxış da qabaqcadan hazırlanmışdı. Yəni, ABŞ kəşfiyyatı "20 yanvar"ın baş verə biləcəyi haqda məlumatlara malik idi. Əslində, bu olyalar onun maraqlarına xidmət edirdi. Çünki SSRİ-nin parçalanmasında güclü rol oynayırdı. Elə də oldu. Baxın, SSRİ parçalandıqdan sonra ABŞ bura girmək üçün dini amilə də üstünlük verdi. Bu islam onun maraqlarına xidmət edən mötədil, sözəbaxan "islam" olmalı idi. Bunu bu ərazilərdə həyata keçirənlərdən biri də Fətullah Gülən olmalıydı. Onu seçmişdilər. Bu adam natiq idi. Dərin dini bilgisi var idi. Onunla söhbət edən dərhal təsirinə düşə bilirdi. Elə də oldu. Onun vasitəsi ilə tezliklə dairə genişləndi. Keçmiş SSRİ məkanını gülənçilər bürüdü. Onlara güclü maliyyə ayrılırdı". Dilavər Əzimli əlavə etdi ki, Rusiya daxil olmaqla, bütün SSRİ məkanını əhatə edən nurçular, Afrika, Asiyaya da yayıldılar: "Elə bir ideologiya ilə silahlandılar ki, onlara rəğbət hissi günü-gündən güclənməyə başladı. Ötən əsrin 90-cı illərindən Azərbaycanda möhkəmlənməyə başladılar. Təhsil sistemində xüsusi söz sahibi oldular. Hərbi sahəyə girişdilər. Təsəvvür edin ki, o zamandan 26 il keçir. Görün bu zaman ərzində nə böyük şəbəkə yaradıblar. Bu günlərdə Fətullah Gülənin belə bir çıxışı yayıldı, orada "azırbaycanlıları Xəzərə tökərəm", - deyə vurğulayır. Görün burada necə böyük şəbəkəsi var". Onun sözlərinə görə, son aylarda baş verənlər bunu sübut edir: "Azərbaycan mediasına bildirilir ki, Azərbaycanda bu şəbəkə yoxdur. Hesab edirik ki, Azərbaycanın bütün strukturlarında onların adamları ola bilər. Maraqlıdır ki, Qafqaz Universitetinin türkiyəli nurçularını oradan uzqalaşdırdılar. Bəs oarada çalışan azərbaycanlı gülənçilər hara getdi? Yaxud "Araz" kurslarında çalışan gülnənçi azərbaycanlı nurçular necə oldu? Yadımdadır, Fətullah Gülənlə bağlı bir status yazmışdım. Dərhal bir gənc məni ittiham etdi. Onun səhifəsinə girdim və gördüm ki, Azərbaycanın Qərbində dünyaya gələn bu gənc Qafqaz Universitetinin bitirmiş və bitirən ili də SOCAR-da vəzifəyə təyin olunub. Nurçu olan bu şəxs üçün Gülənin marağı Azərbaycanın marağından üstün idi. Mənim onunla toqquşmama səbəb Türkiyədə baş verən çevrilşə qarşı status yazmağım və Ərdoğana qarşı bildirdiyim rəğbət hissi idi. Mən uzun müddət bu sahə ilə bağlı araşıdrmalar apardım. Bu şəbəkənin nə qədər güclü olduğunu hiss etdim. Onlar öz üzvlərini belə şantaj edirdilər. Onlar Azərbaycanın təhsil sistemini demək olar ki, götürmüşdülər. Üzvləri institutları bitirən kimi dərhal dövlət işlərinə göndərilirdilər. BDU-da iki tələbəm onların təsir dairəsinə düşmüşdü. Sonradan çirkinliklərini görüb uzaqlaşmaq istəmişdilər. Onları şantaj etməyə başlayıblar. Sonradan onlara köməklik göstərdik və uzqalaşdılar. Baxın, Azərbaycanda nə qədər "hizmət" evləri var idi. Onların sonrakı taleyi necə oldu. Orada yetişənlər hara getdi. O zaman gülənçilərin Azərbaycanda açdığı təhsil mərkəzlərində Azərbaycan tarixi və ədəbiyyatı tədris olunmurdu. Əksinə, tariximizə həqarətlə baxırdılar. Bu gün də onlar gizli şəkildə bunu edirlər. Hesab edirik ki, fətullahçılara qarşı mübarizə Azərbaycanda da gücləndirilməlidir. Onların burada azərbaycanlı rəhbərləri sıradan çıxarılmalıdır. Amma bu məsələdə ehtiyatlı olmaq lazımdır. Qurunun oduna yaş da yana bilər. Nurçular elə edə bilərlər ki, onlar məsuliyyətdən yayınıb, günahı olmayanlar nurçu adı altında həbs oluna bilərlər... Bu sınaqlardan yalnız ağıllı və gərəkli addımlar atmaqla çıxmaq mümklündür".
"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu isə diqqətə çatdırdı ki, Gülən tərəfdarlarının ölkəmizdə də mövcudluğu faktdır və onların istər təşkilatlanma səviyyələri, istərsə də fəaliyyət istiqamətləri barədə kifayət qədər danışılıb: "Bildiyiniz kimi, qardaş Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra FETÖ problemi daha qabarıq şekildə özünü göstərmiş oldu. Bu həm də ölkəmizdə müəyyən tədbirlərin görülməsi ilə nəticələndi. Düşünürəm ki, bu cür qruplaşmalara qarşı tədbirlər davam etdirilməlidir və ümumiyyətlə milli maraqlara zidd olan istənilən hərəkat və ya qüvvələrə qarşı tədbirlər alınmalıdır. Ölkəmizdə "fətullahçılığı" təbliğ edən, eləcə də sosial, dini nifrət və düşmənçiliyin salınmasına yönəlik qanunazidd fəaliyyətlərin qarşısının alınması istiqamətində görülmüş və görüləcək bütün işlər dəstəklənməlidir".
Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının rəhbəri Toğrul Allahverdinin qənaətinə görə, diaspora təşkilatımlzda da FETÖ bəlası var: "Düz üç ildir ki, tez - tez bu məsələni gündəmə gətirmişəm. Fətullahçılar diasporumuzda da var. Xüsusilə Rusiyada həddən ziyadə çoxdurlar və olara dəstək verən şəxslər var . FETÖ-ya bağlı Moskvada bur necə təşkilat fəaliyyət göstərir. Azərbaycanın müvafiq qurumları bu işi nəzarətə götürüb, diasporumuzu Fətullahçılardan və onların himayədarlaırndan təmizləməlidir. Yoxsa çox gec olacaq. Bunlara qarşı kim çıxırsa həmin şəxsləri Səfirliklə üz üzə qoyurlar, həmin şəxslərə şər böhtan atırlar. Bunlara qarşı mübarizə apardığım üçün mənə müəyyən adamların əli ilə məhkəmə və digər ağla gəlməz böhtanlarla hədə-qorxu gəlirlər".
Millət vəkili Fəzail Ağamalı isə qeyd edib ki, iyul ayının 15-də Türkiyədə qanuni hakimiyyətin zorakılıqla devirib idarəetməni almaq istəyənlərin içərisində Azərbaycanda yaşayanlar da varsa onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir: "Bu tamamilə normal bir yanaşmadır. Türkiyə bizim müttəfiq, qardaş ölkədir. Ona dəymiş olan zərbə eyni zamanda Azərbaycana dəymiş kimi dəyərləndirilir. Bu baxımdan daxili işlər naziri Ramil Usubovun Türkiyə səfərini də yüksək qiymətləndirirəm. Bu bir daha Azərbaycan və Türkiyə arasında bütün səviyyələrdə yüksək münasibətlərin olmasının yeni bir ifadəsidir. Onlar arasında aparılan danışıqlar, fikir mübadiləsi haqqında tam təsəvvürümüz olmasa da, nəticə ondan ibarətdir ki, iyulun 15- də dövlət çevrilişinə cəhd edənlərin hamısı öz cəzasını alacaq".
Ramil Usubovla görüşdən sonra Türkiyə daxili işlər naziri Əfqan Alanın istefaya göndərilməsi məsələsinə gəlincə isə, millət vəkili vurğulayıb ki, istefanın bizim nazirlə keçirilən görüşə aidiyyatı ola bilməz: "Çünki səfər əvvəlcədən ümumi protokol qaydalarına əsasən razılaşdırılır. Nazir sıradan vətəndaş deyil. Ramil Usubov rəsmi şəxsdir. Çox nüfuzlu bir quruma rəhbərlik edir. Səfər qarşı tərəflə razılaşdırıldıqdan sonra reallaşdırılır".

Əli