"Perincek bir həqiqəti hələ başa düşməyib ki... " Gündəm

"Perincek bir həqiqəti hələ başa düşməyib ki... "

Multikultural dəyərlərin ən ali səviyyəsinin Azərbaycanda mövcud olmasını dünyanın bütün ölkələrinin qəbul etdiyi şəraitdə bir müddət əvvəl məlumat yayılmışdı ki, bu il noyabrın əvvəlində Bakıda 33-cü Avropa Ravvinlər Konfransı (CER) keçiriləcək.
Sonradan İsrail tərəfi bu tədbiri ləğv etdi. Tədbirin təşəbbüskarı da, təşkilatçısı da, ləğv edəni də Azərbaycan deyildi.
Görünən o idi ki, İsrail tərəfinin müəyyən riskləri nəzərə alaraq tədbiri təxirə salması labüd olub. Amma bunu qardaş Türkiyə siyasi arenasında
həm Rusiya, həm də İrana yaxınlığı ilə tanınmış Vətən Partiyası başçısı Doğu Perinceyin bu məsələ ilə əlaqəli Azərbaycan Respublikası prezidentinə yazdığı məktub və bu tədbirin keçirilməməsinin qarşısının alınması ilə əlaqəli xahiş etməsi, guya bundan sonra tədbirin ləğv edilməsi heç bir həqiqətə uyğun deyil.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

"Hələ bir müddət öncə Bakıda Azərbaycan əsilli İsrailli bir rəssamın sənət sərgisi keçirilməli idi. Mən də bu tədbirə dəvət almışdım. Amma sonra tədbir təşkilatçıları mənə zəng edib tədbirin təhlükəsizlik səbəbilə təxirə salındığı xəbərini verdilər. Göründüyü kimi bu, ikinci belə haldır. Çünki Azərbaycanda İsraillə əlaqəli tədbirlər bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır və təxribat riskləri böyük olur. İndi belə bir məqamda Doğru Perinceyin bunu iddia etməsi ki, tədbir onun müraciətindən sonra təxirə salınıb, bu, absurddur" - politoloq deyib.

Onun sözlərinə görə, Doğu Perincek bir həqiqəti hələ başa düşməyib ki, Azərbaycan dövlətinə istəmədiyi bir işi ona kimsə etdirə bilməz, eyni zamanda, istədiyi işdən də kimsə döndərə bilməz:

"Tədbirin təxirə salınması təşkilatçıların öz qərarı olub.
Azərbaycanın İsraillə münasibətləri elə durumdadır ki, kənar müdaxilələrlə bu münasibətlərə xələl gətirmək mümkün deyil. Doğu Perincek isə partiya olaraq Türkiyə siyasi arenasında hansısa siyasi uğur əldə etmək haqqında fikirləşsə daha yaxşı olar. Şəxsən mən hansısa cüzi uğurlarının olduğunu eşitməmişəm. Görünən odur ki, bu məsələ ilə uğur hekayəsini də buna görə yaradırlar".

Cavid