 
                
                
                
             
                
                
                
            Tokayev noyabrın 12-də Rusiyaya səfərinin məqsədini açıqlayıb
İsrail səfiri: Azərbaycan və region "Tramp marşrutu"ndan möhtəşəm şəkildə faydalanacaq
Mərkəzi Bank "Monetri" BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
"İmişli" klubunun texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilməyib
Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya səfər edəcək
 11:25
11:25 868
868
Elm və Təhsil Nazirliyinin (ETN) təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində məktəbəqədər və ümumi təhsil sahəsinə dair təkliflərin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.
 
ETN-in mətbuat xidmətindən xalqcebhesi.az-a verilən xəbərə görə, tədbirdə Nazirliyin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, ali təhsil müəssisələrinin və tədqiqat mərkəzlərinin nümayəndələri, təhsil üzrə mütəxəssislər, ictimai təşkilatların, nazirlik yanında İctimai Şuranın üzvləri, pedaqoji mətbuatın və media qurumlarının təmsilçiləri iştirak ediblər.
 
İctimai dinləmənin məqsədi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görülmüş işlərin nəticələrini müzakirə etmək və növbəti dövr üçün prioritet istiqamətləri müəyyənləşdirmək olub.
 
Tədbir çərçivəsində əvvəlcə məktəbəqədər və ümumi təhsil üzrə həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və qarşıda duran hədəflər barədə təqdimat nümayiş etdirilib. Ardınca “Erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin və keyfiyyətinin artırılması” və “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzularında müzakirələr aparılıb.
 
Müzakirələr zamanı məktəbəqədər təhsildə əhatəlilik, əlçatanlıq və inklüzivliyin artırılması, tədrisin məzmununun və pedaqoji potensialın gücləndirilməsi, eləcə də təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi məsələləri diqqət mərkəzində olub.
 
Ümumi təhsil istiqamətində aparılan müzakirələrdə tədrisin məzmununun müasir tələblərə uyğun yenilənməsi, müəllimlərin peşəkar inkişafının davamlı və sistemli şəkildə dəstəklənməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bununla yanaşı, tədris prosesində fərdiləşdirilmiş və inklüziv yanaşmaların tətbiqi, hər bir şagirdin potensialına və öyrənmə ehtiyaclarına uyğun təhsil mühitinin formalaşdırılması kimi prioritet istiqamətlər də vurğulanıb.
 
Tədbirdə həmçinin təhsil sistemində səmərəli idarəetmə və maliyyələşmə mexanizmlərinin tətbiqi, eləcə də rəqəmsal resurslara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    