“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir irəliləyiş olmayıb” Siyasət

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir irəliləyiş olmayıb”

Piter Teys: "Ermənistan hakimiyyəti regionda sülh və stabillik üçün əsas maneədir"

"Təəssüf ki, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən bəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir irəliləyiş olmayıb". Bunu amerikalı siyasi ekspert Piter Teys deyib. O bildirib ki, Ermənistan hakimiyyəti regionda sülh və stabillik üçün əsas maneədir. Ekspertin fikrincə, Yerevanın daxili siyasətinin problemləri və onun düşmənçilik fəaliyyət Qafqaz regionunda Serj Sarkisyan hakimiyyətini həqiqi bir işğalçı rejimə çevirib və bu da Azərbaycanın suveren ərazilərində iqtisadi dağıntılara, mülki əhalinin zərər çəkməsinə səbəb olub.
P. Teys əlavə edib ki, Ermənistan ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçiriləcək və Minsk qrupu həmsədrlərini bir araya gətirəcək görüşün üstünlüyündən istifadə etməlidir: "Əvvəlki görüşlərdən və tarixi faktlardan əldə etdiyimiz təcrübəyə əsaslanaraq, mən erməni nümayəndə heyəti ilə bağlı narahatlığımı gizlədə bilmirəm. Təəssüf ki, Ermənistan hakimiyyəti xarici siyasətinin hədəflərindən ibarət yol xəritəsi müəyyən etməyib. Ermənistan ötən 25 il ərzində regionda işğalçı dövlət kimi tanınıb, iqtisadi və regional inkişafa zərər vurub".
P. Teys vurğulayıb ki, Ermənistan rəhbərliyi regionda sülhə nail olmaq üçün əsas maneə olduğunu sübut edib, erməni silahlı qüvvələrinin təmas xəttində Azərbaycan əsgərlərinə qarşı törətdiyi təxribatlar beynəlxalq hüquq normalarının pozulmasıdır və bu Yerevanın BMT TŞ tərəfindən qəbul edilən, Avropa İttifaqı İnstitutları tərəfindən təsdiq edilən qətnamələrə riayət etməməsidir: "Hesab edirəm ki, Ermənistan Azərbaycan ərazilərindən qoşunlarını dərhal çıxarmalıdır. Son onillikdə bu ölkədə ÜDM azalıb, əhalinin sayı azalıb. Belə olan halda Ermənistanın əlacı daxili inkişafa diqqət yönəltmək və qonşu dövlətlərə hörmət etməkdir".