“Birləşmiş Ştatların televiziya və qəzetlərində...” Siyasət

“Birləşmiş Ştatların televiziya və qəzetlərində...”

Sahib Alıyev: " Azərbaycanla bağlı sifarişli materiallar az olmayıb"

"Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp ölkəsinin aparıcı televiziya kanallarının rəhbərləriylə görüşdə onları obyektiv olmamaqda və qərəzlilikdə suçlandırdı, CNN-də isə ancaq yalançıların yığışdığını bildirdi. Əslində cənab Trampın dediklərində yeni heç nə yoxdur. Yenilik sadəcə birinci şəxsin bunları dilə gətirməsidir". Bu fikirləri millət vəkili Sahib Alıyev öz facebook səhifəsində qeyd edib. O bildirib ki, Birləşmiş Ştatların televiziya və qəzetlərində Azərbaycanla bağlı sifarişli, yumşaq desək, reallığı əks etdirməyən materiallar az olmayıb: "Təkcə Birləşmiş Ştatların deyil, bu yolla Azərbaycana təzyiq etməyə çalışan bir çox başqa dövlətlərin media resursları da zaman-zaman bizimlə bağlı qərəzli informasiyalar yayıblar, yəqin indən sonra da yayacaqlar. Bunu ona görə yazıram ki, bizdə bəziləri həmin media resurslarının ölkəmiz haqda hazırladıqları matreialları çox zaman mütləq həqiqət kimi təqdim etməyə çalışırlar. Amma reallıq göz qabağındadır".