İlham Əliyev Saakaşvilini və Yuşşenkonu qəbul edib Siyasət

İlham Əliyev Saakaşvilini və Yuşşenkonu qəbul edib

Prezidenti İlham Əliyev dünən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini və Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonu qəbul edib. APA-nın məlumatına görə, hər iki görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə edilən məsələlərin əhəmiyyətindən danışılıb, Forumun ölkələr arası əməkdaşlığın inkişafındakı rolu vurğulanıb, tədbirin regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.