Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır
Milli Məclisin növbəti iclası başlayıb, hökumətin hesabatı müzakirəyə çıxarılacaq
Britaniyanın sabiq dövlət katibi: Üçüncü Dünya müharibəsi ehtimalı mövcuddur
Çin səfiri vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
FT: ABŞ İranla müharibədə kritik silah-sursat ehtiyatından istifadə edib
11 İyun 2024 15:55
3 584
“1961- ci ildə Xruşşovun qorxuya bükülmüş azacıq məsuliyyəti və ABŞ prezidenti Kennedinin müdrikliyi sayəsində Karib dənizindəki olay dünya müharibəsinə çevrilmədən tarixdə yalnız “Karib böhranı” adı ilə qaldı. Aralarında atom sualtı qayıqlarının da üzə çıxdığı sovet armadası Kubanı müdafiə mühasirəsinə alaraq ABŞ- la üz-üzə dayandı....və Kennedinin müdrikliyi sayəsində dünya nüvə müharibəsinin start atışları baş vermədi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Aydın Quliyev qeyd edib. O, bildirib ki, üstündən 63 il keçəndən sonra yenə də aralarında “Kazan” atom sualtı qayığının olduğu freqat, tanker, xilasedici buksirdən ibarət 4 Rusiya gəmisi Kuba sahillərində, Havana limanında görünəcəklər: “Atom sualtı qayıq, freqat, xilasedici buksir Kubada nə edəcəklər? Bu donanma hansı planın tərkibidir?
Geri dönəcəklərmi? ABŞ Ukraynaya Rusiya hədəflərini vurmaq icazəsi verəndən sonra bu donanmanın Kubaya göndərilməsi cavab sayıla bilərmi? Mayın 27-dən yola çıxan donanma 15 günlük okean yolunu sadəcə 5 gün Kubada qalmaq xatirinə qət edir? Putinin “məni nüvə silahından istifadəyə məcbur etməsinlər” bəyanatından sonra bu hadisə təsadüfdür? Bu hadisə şərti olaraq 2- ci “Karib böhranı” kimi qiymətləndirilə bilərmi?”.
11:07
35
10:55
350
10:47
399