13:57
378
Bu ilin ilk yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 45,3 milyon ABŞ dolları təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Azərbaycan I rübdə qonşu ölkəyə 21 milyon ABŞ dolları, II rübdə isə 24,3 milyon ABŞ dolları məbləğində sərmayə yönəldib.
İllik müqayisədə sərmayələrin həcmində 22,5% azalma qeydə alınıb.
İkinci rübdə Azərbaycan Gürcüstana ən çox investisiya qoyan ölkələrin ilk onluğunda yeddinci yeri tutub.
Hesabat dövründə Gürcüstan iqtisadiyyatı ümumilikdə 468,8 milyon ABŞ dolları həcmində sərmayə cəlb edib ki, bu da ötən ilin eyni göstəricisindən 23,2% azdır. Gürcüstanın üç əsas investor ölkəsi Çin (219,5 milyon ABŞ dolları), Böyük Britaniya (123,5 milyon ABŞ dolları) və BƏƏ (47,7 milyon ABŞ dolları) olub.