Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
12 Avqust 2024 16:58
3 381
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün iki təşkilat müraciət edib.
APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit-poll” keçirmək niyyətini bildirib. "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə exit-poll keçirmək üçün müraciət edib.
Bu təşkilatların müraciətləri səsverməyə çıxarılıb və qəbul edilib.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi üçün ayrılan müddət avqustun 12-dək olan dövrü əhatə edib.
12 Sentyabr 10:20
1 036
12 Sentyabr 10:18
2 485
11 Sentyabr 19:18
1 253