Ermənistanı silahlandırmadan necə çəkindirmək olar? Siyasət
Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemini, həmçinin İrandan və Hidistandan müxtəlif növ silahların alması xəbəri gündəmi tərk etməmiş ABŞ-ın hay məmləkəti ilə hərbi əməkdaşlığı məsələsi ortalığa çıxıb. Ermənistan niyə silahlandırılır, bu ölkələrin məqsədi nədir?
Bəlkə Ermənistan silahlandıqdan sonra Türkiyəyə və yaxud Rusiyaya qarşı vuruşacaq? Əsla belə deyil.
Ekspert Əkrəm Bəydəmirlinin deyib ki, erməni mediasına. internet resurslarına nəzər salıb, bəzi erməni politoloqlarının çıxışlarına diqqət etsək bir çox mətləblər aydınlaşar. Ermənistandakı o silahların Rusiyaya, Türkiyəyə, hətta İrana qarşı istifadə edilməyəcəyi şübhəsizdir. Həmin silahlar keyfiyyətindən, hansı ölkənin istehsal etməsindən asılı olmayaraq, bir gün gələcək Azərbaycana tuşlanacaq. Xarici himayədarlarının dəstəyi ilə Ermənistan Cənubi Qafqaz regionunda bu qədər fəlakətlər yaradıb, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayıb və terroru dövlət siyasətinə çevirən ölkədir. Belə ölkənin yenidən silahlanmaya cəhd etməsi ciddi narahatlıq doğurur. Ermənistan sülhə deyil, müharibəyə hazırlaşması reallıqdır. Çünki ermənilər hər zaman vəziyyətin dəyişməsini və özləri üçün yaranan fürsət pəncərəsinin açılmasını gözləyirlər. Və bu yolla onlar yenidən işğalçılıq siyətlərinə başlamaq istəyirlər:
"Sülh imitasiyası regionda sabitliyə təminat verə bilməz. Ermənistanın silahlanma məsələsinə biganə yanaşa bilmərik. 30 il bu regiona fəlakət gətirən, minlərlə insanın ölümünə bais olan, Azərbaycanın bu qədər şəhər və kəndlərini yer üzündən silən ölkənin yenidən silahlanmasına necə göz yuma bilərik? Ona görə, hay məmləkətinin hərbisizləşdirilməsi məsələsi gündəmdə olmalıdır.
Necəki II Dünya müharibəsində bütün dünyaya meydan oxuyan Almaniya və Yaponiya yekunda məğlub oldular. Həmin adı çəkilən ölkələrə qarşı müharibə cinayətlərinə görə, ciddi sanksiyalar tətbiq edildi. Həm Almaniya, həm də Yaponiya mütəşəkkil ordu saxlamaq səlahiyyətindən məhrum edildi. Bu gün belə beynəlxalq təcrübə Ermənistana qarşı niyə tətbiq olunmasın?
Ermənistana silah satan ölkələrlə bütün sferalarda danışıqlar aparmaq lazımdır. Çünki həmin ölkələrin nəhəng şirkətlərinin Azərbaycanla geniş əlaqələri var. Hətta bəzi nüfuzlu şirkətlər öz ölkələrinin xarici siyasətinə təsir etmək gücündə olur. Bu baxımdan regionda yenidən müharibə riskinin yaranmaması, Azərbaycanın hər hansı itkilərlə üzləşməməsi üçün Ermənistan sülh müqaviləsini hərbisizləşdirilmiş ölkə kimi imzalamalıdır. Əks təqdirdə Ermənistan istənilən sülh müqaviləsini öz əxlaqına uyğun poza biləcək, konfliktlərə meylli ölkə olduğunu göstərəcək".
Cavid