“Ermənistanın Azərbaycan hərbi qulluqçusunun nəşini qaytarmaması insanlığa sığmır” Siyasət

“Ermənistanın Azərbaycan hərbi qulluqçusunun nəşini qaytarmaması insanlığa sığmır”

Rövşən Rzayev: "Onların işğalçı siyasətləri davam etdikcə, belə təxribat törədəcəklər"


"Ermənistanın Azərbaycan hərbi qulluqçusunun nəşini qaytarmaması insanlığa sığmır. Onların işğalçı siyasətləri davam etdikcə, belə saxtakarlıq, təxribat törədəcəklər. Ermənilər Azərbaycan ordusunun gücünü yaxşı bilidikləri üçün qorxuya düşüblər və belə saxtakarlıqlarla dünyaya yalan məlumatlar çatdırmaq istəyirlər". Bunu millət vəkili Rövşən Rzayev deyib. O qeyd edib ki, ötən ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan ordusunun düşmənə ağır zərbələr vuraraq təmas xəttini keçib, qısa zamanda ərazilərimizin bir hissəsini azad etməsi erməniləri elə qorxuya salıb ki, hansı yollardan istifadə edəcəklərini bilmirlər: "Ermənistanın siyasi rəhbərliyi elə düşünür ki, belə siyasətlə nə isə əldə edə biləcək. Bu, ermənilərin birinci təxribatı deyil. ATƏT-in Minsk qrupunun həmsədr ölklərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təkliflərin həyata keçməsinə çalışmalıdırlar. Çünki bu təkliflərdən başqa düzgün yol yoxdur. Azərbaycan göstərdi ki, hər an ərazilərimizi hərbi yolla düşməndən azad edə bilər. Ermənilər işğalçı siyasətlərini çox davam etdirə bilməyəcəklər".