

6 Fevral 17:09
6 Fevral 16:02
"Xalqların öz müqəddəratını təyinetmə prinsipi müstəqil dövlətlərin ərazi bütövlüyünə heç bir şəkildə təsir etməməlidir".
APA-nın xəbərinə görə, bu sözləri Bakıda keçirilən Qəmər Adaları İttifaqının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda Qəmər Adaları İttifaqının Demokratik Cəbhəsinin üzvü Monjoin Mohamed deyib.
O xatırladıb ki, Qəmər adalarında keçirilən referendum nəticəsinə əsasən, əhalinin 94 faizi müstəqilliyin lehinə səs vermişdi:
"Bildiyiniz kimi Qəmər adalarının müstəqilliyi tanındıqdan sonra ərazidə keçirilən bütün referendumlar qanunsuz idi. Müstəqil olan bu dövlətin prezidenti öldürüldükdən sonra keçirilən iki referendum nəticəsində ərazi bölünmüşdü. 1988-ci ildə eyni referendum Əlcəzairdə də keçirilmişdi. Xalqların öz müqəddəratını təyinetmə prinsipi müstəqil dövlətlərin ərazi bütövlüyünə heç bir şəkildə təsir etməməlidir. Çünki bu prinsip dekolonizasiya kimi başa düşülür. BMT vaxtilə Konqodakı Katanqa müstəmləkə ərazisinə müdaxilə etmişdi. Səbəb o idi ki, orada bu ərazinin Konqonun tərkib hissəsi olaraq qalmasında maraqlı idilər. Qəmər adalarında keçirilən referendum nəticəsinə görə, əhalinin 94 faizi müstəqilliyin lehinə səs vermişdi. Fransa isə Qəmər adalarının əhalisini susdurmaq üçün güc tətbiqinə üstünlük verirdi".