““Məsum” bloggerin pozulmuş hüquqlarının müdafiləçiləri peyda olub” Siyasət

““Məsum” bloggerin pozulmuş hüquqlarının müdafiləçiləri peyda olub”

Əli Hacızadə: "Azərbaycanın ünvanına hər cür qərəzli ittihamlar səsləndirilir"

"Təbii ki, Lapşini Minsk istintaq təcridxanasına aparan digər əməlləri də sadalamaq olar, lakin bu barədə məlumatı oxucular xəbər portallarında tapa bilərlər. Məqsədim başqa bir məsələyə toxunmaqdır. Onun tutulmasından dərhal sonra qeyri-Azərbaycan millətindən olan toplum iki yerə ayrılıb, biriləri onu dəstəkləyir, digərləri əksinə, öz mənfi münasibətlərini bildirirlər". Bu fikirləri politoloq Əli Hacızadə sələndirib. O diqqətə çatdırıb ki, Rusiya internet məkanında müxtəlif vəkillər və "məsum" bloggerin pozulmuş hüquqlarının müdafiləçiləri peyda olub: "Azərbaycanın ünvanına hər cür qərəzli ittihamlar səsləndirilir. Lapşinin erməni himayədarları isə hətta tipik Ermənistan dövlət təbliğatının üslubunda olan petisiya təşkil edib. Başa düşürəm ki, erməni tərəfi Azərbaycana ləkə vurmaq məqsədilə bu məsələdə əlindən gələni və gəlməyəni edəcək. Lakin "Lapşinin ekstradisiyası baş verəcəyi halda İsraildə və Rusiyadakı "dostlarımız" Azərbaycandan üz döndərəcək" deyən şəxslərin fikirlərilə qəti razı deyiləm. Azərbaycan beynəlxalq hüquq normaları və milli qanunvericilik çərçivəsində hərəkət etməsi kiminsə incikliyinə səbəb olursa, onlar bizə müttəfiq sayıla bilərmi?
Qarşılıqlı sual yaranır. Əgər Kanada, Yunanıstan, İrlandiya vətəndaşı olan şəxs Qəzza zolağına daxil olaraq İsraili pisləməklə Həmas qruplaşmasını təbliğ edib (halbuki Qəzza zolağı heç də İsrailin ərazisi sayılmır), sonra isə "qara siyahıdan" yayınmaq məqsədilə bu ölkəyə gəlib yenə qara yaxmaqla məşğul olsaydı, İsrailin reaksiyası necə olardı? Məsələn, İsrail dövləti Nobel mükafatçısı olan alman yazıçısı Hünter Qrassı İsrailə qarşı yaydığı tənqidlərə görə qara siyahıya salıb.
Lapşin həm də Rusiya vətəndaşı olduğu üçün, daha bir varianta nəzər salaq. Məsələn, polyak mənşəli blogger Krıma gəlib Kiyevin mövqeyini təbliğ edərək Rusiyanın siyasətinə qarşı tənqidlə çıxış etsəydi, Rusiya nə edərdi? Bu insana qarşı nə edəcəklərini təsəvvürə gətirmək çətin deyil. Halbuki beynəlxalq hüquq baxımından həmin blogger düzgün mövqedə olardı.
Lapşinə gəldikdə isə, o nəyə getdiyini bilirdi, çünki Azərbaycana səfər etmədən əvvəl öz bloqunda Azərbaycan qanunlarını pozacağını açıq-aşkar yazıb. Bunları nəzərə alaraq, bəzi Rusya və İsrail KİV-lərinin bu məsələdən qalmaqal yaratmaq cəhdlərini düzgün hesab etmirəm. Əgər bəzi jurnalistlər söhbəti şişirdərək Lapşini az qala "vicdan məhbusu" kimi göstərmək üçün dəridən-qabıqdan çıxırlarsa, onlara məsləhət görərdim ki, İsraildəki fələstinli fəallara və ya Rusiyadakı Krım-tatar fəallarına nəzər salsınlar.
Şəxsən mən Aleksandr Lapşin üçün həbs cəzasının tərəfdarı deyiləm. Lakin məsələ hüquq müstəvisində həll edildiyi üçün, bəzi "mühafizəkarların" sərt çıxışları bloggerin özü üçün pis nəticələnə bilər".