

10 Sentyabr 23:17
10 Sentyabr 23:07
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Qərbi Azərbaycan İcmasının təşkil etdiyi konfransın keçirildiyi bu tarixi çox əhəmiyyətli sayıram”.
APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi II beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.
Ş.Ayrım qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsini dünyaya çıxarmaq lazımdır: “Azərbaycan sülh istəyir, qərbi azərbaycanlıları öz evlərinə qayıtmaq istəyir. Türkiyə qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq çağırışını sona qədər dəstəkləyəcək. Bu, ədalətə inanan hər kəsin ortaq mübarizəsidir”.
Ş.Ayrım Ermənistanın torpaq iddiaları məsələsi barədə də fikirlərini bölüşüb: “Azərbaycanın Qərbi Azərbaycana geri dönüş çağırışında heç bir torpaq iddiası öz əksini tapmır. Lakin Ermənistanın konstitusiyasında Azərbaycanın və Türkiyənin ərazisinə iddia əks olunur. Azərbaycan kimi Türkiyə də bu iddiaların aradan qalxmasını tələb edir”.