“Metsamor AES: region üçün ekoloji bomba” Siyasət

“Metsamor AES: region üçün ekoloji bomba”

Metsamor AES-in region üçün təhlükəsindən bəhs edən kitab təqdim edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda bu müəssisənin baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin rus dilində çapdan çıxmış "Metsamor AES: region üçün ekoloji bomba" kitabının təqdimat mərasimi keçirilib.
İnstitutun direktoru, deputat Aytən Mustafayeva Ermənistanda 1967-ci ildən fəaliyyətə başlayan və böyük region üçün təhlükə mənbəyinə çevrilən Metsamor AES-in bütövlükdə bəşəriyyət üçün qlobal problem olduğunu vurğulayıb.
Müəllif R.Vəlizadə Ermənistanın bu vaxtadək bağlı qalan "nüvə proqramı", Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti, eləcə də Beynəlxalq Terror Təşkilatı ilə AES-in müştərək əlaqələri barədə məlumat verib.