
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir.
APA xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanın Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Yeni Dünya Nizamına Doğru" mövzusunda keçirilən 7-ci ADA Siyasi Forumundakı açılış nitqində deyib.
O qeyd edib ki, bu konfrans mühüm əlaqələrin qurulmasına imkan verəcək: “Bu gün belə bir mötəbər tədbirin iştirakçıları olan bizlər üçün çox önəmli gündür. Bu forumun Qarabağ Universitetində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Biz bu gün Azərbaycanımızın adına sevinirik, lakin mən həm də rəhbərlik etdiyim universitetin adına da çox sevincliyəm. Bildiyiniz kimi, mən Vaşinqtonda diplomatik xidmətdə çalışmışam. Lakin bir zaman oldu ki, Azərbaycana qayıdıb pedaqoji fəaliyyətlə məşğul olmaq istədim. Bu niyyətimi Prezident İlham Əliyevə deyəndə, o da bunu müsbət qarşıladı. ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir. Bildiyiniz kimi, tədbirdə müxtəlif ölkələrdən olan nümayəndələr iştirak edir. Həmin faktor iştirakçı ölkələr arasında mühüm əlaqələr yaratmaq baxımından da çox önəmlidir”.