“Rəsmi İrəvan Qarabağ danışıqlarına növbəti zərbə vuracaq” Siyasət

“Rəsmi İrəvan Qarabağ danışıqlarına növbəti zərbə vuracaq”

"Ermənistanla hazırda çox ciddi şəkildə müharibə şəraitindəyik. Hər hansı bir ölkə vətəndaşı olan ermənilərin ölkəmizə gəlişi də yasaqlanıb və buna çox ciddi şəkildə nəzarət edilir". Belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, faktiki Ermənistan müxtəlif yollarla Azərbaycana qarşı tarix boyu terror-təxribat xarakterli aktlar həyata keçirib və keçirməkdədir: "Ermənistanın işğalçı siyasəti nəticəsində iki ölkənin xalqları arasında böyük düşmənçilik və müharibə davam edir. Nə qədər ki, Ermənistan işğal etdiyi əraziləri boşaltmayıb, heç bir sülh deyilən sözdən istifadə edilməməlidir. Sülh yalnız onda ola bilər ki, Azərbaycan işğal olunmuş ərazilərində öz suverenliyini bərpa etsin. Bu ay Ermənistan rəhbərliyi Azərbaycanın işğal etdiyi ərazilərində qondarma terrorçu rejim üçün "seçki" keçirəcək. Rəsmi İrəvan Qarabağ danışıqlarına növbəti zərbə vuracaq. Bu prosesdən göründüyü kimi payızda gözlənilən yeni danışıqlar raundu da nəticəsiz olacaq".