Fidan Almaniya XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib
İran Yaxın Şərqdəki ABŞ polad və alüminium zavodlarına hücum edib
Agentlik: Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələbi qanunvericiliyə ziddir
“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu”
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
17 Dekabr 2025 11:47
2 366
Kamboca və Tayland arasında kəskinləşən sərhəd münaqişəsində ölənlərin sayı əvvəlki 15 ölüm sayı ilə müqayisədə 17-yə çatıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti Kamboca Milli Müdafiə Nazirliyinin sözçüsü general-leytenant Mali Soxheata istinadən məlumat yayıb.
Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Tayland ordusunun 7 dekabr 2025-ci il tarixindəki hücumundan bəri bir körpə də daxil olmaqla 17 kambocalı həlak olub, 77 nəfər yaralanıb.
O, Tayland ordusunun F-16 qırıcı təyyarələri, raket buraxıcıları, dronlar, kaset bombaları, zəhərli qaz da daxil olmaqla ağır silahlardan istifadəsinin və sərhəd münaqişəsində Kamboca ərazisinə əhəmiyyətli bir hərbi kontingentin daxil olmasının BMT Nizamnaməsinin, ASEAN Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinin açıq şəkildə pozulması olduğunu vurğulayıb. “Kamboca Milli Müdafiə Nazirliyi bir daha Tayland ordusundan bütün təcavüzkarlıq hərəkətlərini dayandırmağı, dezinformasiyanın yayılmasını dayandırmağı və günahsız mülki şəxslərə və infrastruktura qarşı ayrı-seçkilik etməyən hücumları dayandırmağı tələb edir”, - deyə Soçeat bildirib.
Məryəm Quliyeva