Fidan Almaniya XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib
İran Yaxın Şərqdəki ABŞ polad və alüminium zavodlarına hücum edib
Agentlik: Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələbi qanunvericiliyə ziddir
“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu”
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
17 Dekabr 2025 17:16
2 156
ABŞ danışıqları bərabərhüquqlu dialoq kimi deyil, iyun ayında İran ərazisinə hərbi hücumlar zamanı nail ola bilmədiyi öz şərtlərinin diktəsi kimi müəyyən edir.
Xalqcebhesi.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
"Keçən ilki təcrübə göstərdi ki, ABŞ-ın danışıqları anlaması dialoq deyil, mövqelərin tətbiqi və diktəsidir. Aydındır ki, təzyiq və hərbi əməliyyatlarla əldə edilməyən məqsədlər danışıqlar masasına tətbiq edilə bilməz", - deyə o, rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında vurğulayıb.
Əraqçinin sözlərinə görə, ABŞ əvvəlcə danışıqlara yanaşmasını dəyişdirməlidir, sonra İran bu ehtimalı nəzərdən keçirəcək. "Amma hələ ki, onların buna hazır olduğundan əmin deyilik", - deyə o əlavə edib.
2025-ci ildə Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən beş raund nüvə danışıqları nəticəsiz başa çatdı, çünki İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyata başlaması və ABŞ-ın İranın nüvə obyektlərinə hava hücumları baş verdi.
Məryəm Quliyeva