Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisinin dünya çempionu olması münasibətilə paylaşım edib Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisinin dünya çempionu olması münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə paylaşım edib.

Paylaşımı təqdim edirik:

"Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"