Cəfər Hüseynzadə NATO-dakı türkiyəli həmkarı ilə Azərbaycan-Türkiyə əməkdaşlığını müzakirə edib Siyasət

Cəfər Hüseynzadə NATO-dakı türkiyəli həmkarı ilə Azərbaycan-Türkiyə əməkdaşlığını müzakirə edib

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə yeni təyin olunan türkiyəli həmkarı Basat Öztürklə görüşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə özünün "X" hesabındakı paylaşımında bildirib.

Qeyd edilib ki, Türkiyənin NATO Nümayəndəliyinin yeni rəhbəri ilə qarşılıqlı maraq doğuran məsələlər, regional mövzuları və Azərbaycan-NATO əlaqələrini müzakirə edilib.