Türkiyə və Rusiya müdafiə nazirləri İran-İsrail münaqişəsini müzakirə ediblər Dünya

Türkiyə və Rusiya müdafiə nazirləri İran-İsrail münaqişəsini müzakirə ediblər

Türkiyə milli müdafiə naziri Yaşar Gülər və Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousov arasında telefon danışığı olub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə MN-dən bildirilib.

Danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə İran-İsrail münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.