25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
17 İyun 2025 14:39
2 821
Kreml İsrail və İranı daha sonra sülh yolu ilə nizamlanmaya keçmək üçün maksimum təmkin nümayiş etdirməyə çağırır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiyanın mümkün vasitəçiliyi ilə bağlı sualı cavablandıran Kreml sözçüsü qeyd edib ki, Moskva İsrailin İranla "vasitəçilik xidmətlərinə müraciət etmək və ümumiyyətlə, sülh nizamlanmasına keçmək" istəmədiyini görür.
“Bilirsiniz ki, Rusiya tərəfi zərurət yaranarsa, belə vasitəçilik xidmətləri göstərməyə hazır olacağını açıqlayıb”, - deyə Peskov vurğulayıb.
Kreml rəsmisi əlavə edib ki, İsrail və İran arasında münaqişənin vəziyyəti sürətli eskalasiya yolundadır, onun gözlənilməzlik səviyyəsi mütləqdir: "Rusiya İsrail və İranı daha sonra sülh yolu ilə nizamlanma yoluna keçmək üçün maksimum təmkinli olmağa çağırır".
26 İyul 10:06
987
25 İyul 17:19
1 169
25 İyul 14:23
1 232