

Əgər İsrail Qərb ölkələrinin dəstəyi ilə cinayətlər törətməyə davam etsə, Yaxın Şərq heç vaxt sülh və əmin-amanlıq görməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanla telefon danışığında deyib.
“İsrail bütün beynəlxalq normaları pozur və dünya güclərinin dəstəyi ilə cinayətlər törədir. Əgər bu tendensiya davam edərsə, Yaxın Şərq regionu heç vaxt davamlı sülh və əmin-amanlıq görməyəcək”, - Pezeşkian bildirib.
Nəhyan öz növbəsində qeyd edib ki, BƏƏ İran və İsrail arasında gərginliyin azaldılmasına yönəlmiş təmasları fəal şəkildə dəstəkləyir.