

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Azərbaycan və Türkmənistanı möhkəm və davamlı qardaşlıq münasibətləri birləşdirir.
Bunu Baş nazir Əli Əsədov Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında deyib.
Baş nazir Avazada səmimi qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Türkmənistanın Prezidentinə, hökumətinə və xalqına minnətdarlığını bildirib: "Azərbaycanı və Türkmənistanı möhkəm və davamlı qardaşlıq münasibətləri birləşdirir. Bu münasibətlər ortaq irsimizə, tariximizə və qarşılıqlı hörmətə əsaslanır. Bu çərçivədə, Türkmən Xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun bu yaxınlarda Azərbaycana səfəri əlamətdar hadisə oldu. Bu səfər bizim strateji tərəfdaşlığımızı daha da möhkəmləndirdi və əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Bizim münasibətlərimiz həmrəyliyi, regionumuzda sülh, əməkdaşlıq və firavanlıq üçün ümumi baxışı nümayiş etdirir”.