

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
COP29-da Bakı Maliyyə Məqsədinin qəbul edilməsi qlobal iqlim maliyyəsində tarixi bir mərhələdir.
Bunu Baş nazir Əli Əsədov Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında deyib.
Baş nazir bildirib ki, bu öhdəlik 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün illik iqlim maliyyəsinin 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutur: “Azərbaycan həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarları üçün çərçivə üzrə danışıqları uğurla tamamlayaraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun icrasını təmin etdi. Eyni zamanda, iqlim dəyişikliyindən təsirlənən həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olundu”.