
“Vaşinqton Zirvəsi son deyil”
9 Avqust 15:13
9 Avqust 15:13
9 Avqust 12:28
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, telefon danışığı əsnasında iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri və səfər çərçivəsində aparılmış səmərəli müzakirələr, əldə olunmuş razılaşmalar məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub. Bundan sonra atılmalı olan addımların Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına və onun ratifikasiyasına zəmin yaradacağı qeyd edilib.
Prezident İlham Əliyev bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb, həmçinin regional nəqliyyat bağlantıları ilə əlaqədar razılaşmaların vacibliyini bildirib.
Şavkat Mirziyoyev öz növbəsində əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bunun bütün regionun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı sərmayələrin, o cümlədən Özbəkistanın Qarabağda həyata keçirdiyi layihələr, SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında imzalanmış Pay Bölgüsü Sazişinin önəmi vurğulanıb.