Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
5 Sentyabr 2025 13:38
6 650
Təbriz Vətəndaş Qeydiyyatı İdarəsi “Hayal” adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxdıqdan sonra Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi də bu adın qeydiyyata alınmasına qarşı çıxıb.
Gunaz.tv
Bu barədə körpənin anası Mina Səfəvi Balamın Adı kampaniyasına danışıb.
“Qızımız 2025-ci il mayın 1-də dünyaya gəlib və biz ona Hayal adını seçdik. Təbriz Vətəndaşlıq Reyestrinin rəsmiləri bizə bu adın qanunsuz olduğunu və onu seçə bilməyəcəyimizi dedilər. Biz də hüquqlarımızı müdafiə etmək üçün məhkəməyə müraciət etdik. Təəssüflər olsun ki, Təbriz Sülh Məhkəməsinin 10-cu Şöbəsinin hakimi ədaləti həyata keçirmək əvəzinə, Türkyə adları bizim qırmızı xəttimizdir, deyərək tələbimizi geri çevirdi. Biz təslim olmadıq və məhkəmənin qərarından apellyasiya şikayəti verdik, lakin Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 9-cu şöbəsi Sülh Məhkəməsinin qərarını yekun hesab edərək şikayətin rədd edilməsi haqqında qərar verdi." - deyə Mina Səfəvi xanım bildirib.
Qeyd edək ki, İranın da imzaladığı Uşaq Hüquqları Konvensiyasının 8-ci maddəsinə əsasən, üzv dövlətlər qanuna uyğun olaraq uşağın şəxsiyyətini, o cümlədən vətəndaşlığını və adını qorumaq hüququnu təmin etməyə borcludurlar.
4 Noyabr 12:28
2 737
4 Noyabr 12:28
2 569
30 Oktyabr 10:53
4 144