

4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Sentyabrın 16-dan Kiyevdə Ukraynada yaşayan və yaradıcılığı ilə tanınan soydaşımız, diaspor fəalı, tətbiqi incəsənət ustası Rəna Səfərovanın sərgisi açılacaq.
Bu barədə AZƏRTAC-a məlumat verən Rəna Səfərova bildirib ki, “Ukrayna məkanında Azərbaycan ruhu!” adlanan sərgi bir ay davam edəcək.
Ukrayna Milli Kitabxanasında açılacaq sərgidə Azərbaycanın milli geyimləri, atributları, musiqi alətləri və milli əsərləri nümayiş olunacaq.
“Hər zaman öz əl işlərimlə beynəlxalq festivallarda Azərbaycanı təmsil etmişəm. Son dövrlər qazandığımız tarixi Qələbə Azərbaycana olan marağı daha da artırıb. Ona görə də ölkəmizin mədəniyyətinin, milli geyimlərinin təbliğinə daha böyük ehtiyac yaranıb. Mən də ilk fərdi sərgimdə əl işlərimlə, tikdiyim milli geyimlərimlə Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam”, - deyə Rəna Səfərova vurğulayıb.
Sərgi oktyabrın 17-ə qədər davam edəcək.