Prezident İlham Əliyev: Bu gün Azərbaycan qazı Avropa İttifaqına səkkiz üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir Siyasət

Prezident İlham Əliyev: Bu gün Azərbaycan qazı Avropa İttifaqına səkkiz üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir

"Dünən Prezident Mattarellanın rəsmi səfəri zamanı həm rəsmi açıqlamalarda, həm apardığımız danışıqlarda biz bunu qeyd edirdik ki, İtaliya-Azərbaycan əməkdaşlığı, məsələn, energetika sahəsində böyük bir inkişafa yol açmışdır".

Bunu Prezident İlham Əliyev Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında deyib.

"Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi böyük dərəcədə Prezident Mattarellanın şəxsi dəstəyi nəticəsində mümkün olmuşdur. Əgər o vaxt bu həll olunmasaydı, bu gün biz Avropa məkanına bu qədər təbii resurslar ixrac edə bilməzdik. Biz də ondan əziyyət çəkərdik, Avropa məkanı da. Bu gün Azərbaycan qazı Avropa İttifaqına səkkiz üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir və bu coğrafiya genişlənir və burada İtaliya-Azərbaycan əməkdaşlığı həlledici rol oynamışdır".