3 Noyabr 18:34
959
Mənim üçün poeziyanın əsas missiyası hisslərin ifadə edə bilmədiyini sözlə deməkdir. Şeir sükutu işığa çevirən sehrdir. Şeir, deməsi çətin olanı aydınlığa, dərkə, ani oyanışlara gətirən sənətdir.
Bunu AZƏRTAC-a açıqlamasında Bakıda keçilmiş Beynəlxalq Poeziya Gecəsində iştirak edən amerikalı şair Manuel İris deyib.
Şeirlərini intuisiya ilə yazdığını vurğulayan şair deyib: “Hər dəfə bir şeir tamamlananda, onun söylədiklərinə ilk təəccüblənən elə özüm oluram. Şeir ağılın yox, qəlbin məhsuludur. Sonra isə düşüncə gəlir, onu cilalayır, sözlərə nizam verir. Amma şeirin özü zehnin hüdudlarından kənarda yaranır”.
3 Noyabr 19:09
938
3 Noyabr 10:51
1 162
31 Oktyabr 17:15
2 457