13:39
539
Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak və onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradı izləyəcək.
Prezident İlham Əliyev bu barədə Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Prezident İlham Əliyev Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirakını yüksək qiymətləndirib.