Baş nazir: ABŞ-ın Gürcüstanla bağlı susqunluğundan narahatıq Dünya

Baş nazir: ABŞ-ın Gürcüstanla bağlı susqunluğundan narahatıq

Biz sanksiyaların ləğv edilməməsindən və ABŞ-ın Gürcüstanla bağlı hökm sürən susqunluğundan müəyyən qədər narahatıq.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “TRT World” telekanalına müsahibəsində deyib.

O, Gürcüstan tərəfinin hələ də nikbin olduğunu bildirib.

“ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməklə bağlı təklifimiz masa üzərindədir. Biz səbirlə onların cavabını gözləyəcəyik”, - Kobaxidze əlavə edib.

Baş nazirin sözlərinə görə, ABŞ-ın əvvəlki administrasiyası gürcü xalqına və Gürcüstan hökumətinə qarşı son dərəcə aqressiv olub:

“Bayden administrasiyası Gürcüstanla strateji tərəfdaşlığın dayandırılması barədə qərarı Trampın seçilməsindən sonra, inauqurasiyadan bir az əvvəl qəbul edib. Biz ABŞ ilə strateji tərəfdaşlığın bərpasında maraqlıyıq və onların bu məsələ ilə bağlı mövqeyini gözləyirik”.

Qeyd edək ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı 2024-cü ilin noyabrın 30-da dayandırıb. Bu qərar Gürcüstan hökumətinin ötən il noyabrın 28-də Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan etməsindən sonra qəbul olunub.