İsrailin sabiq hərbi prokuroru ev dustaqlığına buraxılıb Dünya

İsrailin sabiq hərbi prokuroru ev dustaqlığına buraxılıb

İsraildə 5 gün əvvəl həbs olunan sabiq hərbi prokuror, general-mayor Yifat Tomer Yeruşalmi ev dustaqlığına buraxılıb.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, Yeruşalminin ev dustaqlığı 10 gün çəkəcək.

O, 55 gün müddətində ittiham olunduğu məsələdə iştirakı olan heç kimlə görüşə bilməz.

Sözügedən şəxs saxtakarlıq, etimadın sui-istifadə olunması, vəzifə səlahiyyətlərindən sui-istifadə, ədalətə mane olmaq və videomaterialın qanunsuz olaraq mətbuata sızdırılmasında günahlandırılır.

Qeyd edək ki, 2024-cü ilin avqustunda İsrail hərbçilərinin fələstinli məhkuma qarşı fiziki zorakılığını əks etdirən videomaterial yayılıb. Yifat Tomer Yeruşalmi ötən həftə videonun yayılmasında rolu olduğunu etiraf edib və istefa verib.