“Bu, Kremlin daxili elitasında yenilənmə prosesinin başladığını göstərir” Dünya

“Bu, Kremlin daxili elitasında yenilənmə prosesinin başladığını göstərir”

“Lavrovun Təhlükəsizlik Şurasının iclasında iştirak etməməsi və son günlər ictimaiyyət qarşısında görünməməsi Kremlin daxili elitasında yenilənmə prosesinin başladığını göstərir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayevanın bildirdiyinə görə, Xarici İşlər Nazirliyində aparılan araşdırmalar, onun yaxın çevrəsindən olan şəxslərin saxlanılması və Prezident Administrasiyasında Maksim Oreşkinin irəli çəkilməsi Putinin diplomatik xəttdə köhnə nəsil siyasətçilərdən texnokrat kadrlara keçid etdiyini göstərir: “Bu dəyişiklik Rusiya xarici siyasətində ritorikadan çox, iqtisadi və təhlükəsizlik yönümlü idarəetmə modelinə üstünlük verildiyini ortaya qoyur. Lavrovun uzaqlaşdırılması həm Kremlin daxili nizamının yenidən qurulması, həm də Rusiyanın yeni strateji mərhələyə keçdiyinin əlamətidir”.

Röya İsrafilova