13:44
588
8 noyabr Azərbaycan tarixinə şərəflə yazılacaq gündür. Ölkəmiz beş il öncə tarixdə çox az təsadüf olunan qələbəyə imza atdı. 30 illik həsrətə son qoyuldu. Azərbaycan Türkü 200 il idi ki, bu cür qələbə əldə etməmişdi. Xalq-ordu-lider vəhdəti bu qələbəni reallaşdırdı. Və onu da qeyd edim ki, bu qələbə düşmənin 100 illərdir ki, formalaşdırdığı “ideologiyasından imtinaya səbəb oldu. Düşmənin özünə inamını sarsıtdı. Və düşmən başa düşdü ki, bu xalqla güc dili ilə danışmaq davamlı ola bilməz.
Bunu xalqcebhesi.az-a politoloq Bakir Həsənbəyliyə deyib.
"Sabah ölkə düşmən üzərində əzici qələbəsinin ilk yubileyini – 5-ci ilini qeyd edəcək. Əslində bu regiona, o, cümlədən dünyaya verilən mesajdır. Sözsüz ki, yubiley tədbirinə qardaş ölkələrin liderləri də qatılacaq. Pakistan yeganə müsəlman nüvə dövlətidir. Qüdrətlidir. Türkiyə NATO-nun hərbi günc baxımından 2-ci dövləti kimi həm də, qlobal oyunçudur. Hər iki dövlətin sabahkı yubiley paradında Azərbaycan lideri ilə eyni sırada səf tutmaları üç qardaş ölkənin həm də birlik, bərabərlik nümayişidir" - politoloq deyib.
Cavid