Mərkəzi Asiya uğrunda savaş Siyasət

Mərkəzi Asiya uğrunda savaş

Azərbaycan üçün yaranan yeni fürsətlər

XXI əsrin üçüncü onilliyi beynəlxalq münasibətlər sistemində köklüdəyişikliklərlə xarakterizə olunur. Qlobal güc mərkəzləri arasında gedən rəqabət yeni geosiyasi xəritə formalaşdırır və bu prosesin əsas stratejimeydanlarından biri də Mərkəzi Asiyadır. Ənənəvi olaraq Rusiya və Çintəsir dairəsində olan region son illər ABŞ, Avropa İttifaqı, Türkiyə, Hindistan və Yaxın Şərq ölkələrinin də maraq dairəsinə daxil olub.

Yeni dünya düzənində enerji resursları, nəqliyyat-kommunikasiya xətləri və təhlükəsizlik marşrutları baxımından Mərkəzi Asiya yalnız regionaldeyil, həm də qlobal önəm daşıyan bir məkan kimi önə çıxır.

Regionun kim tərəfindən və necə idarə olunacağı, buradakı dövlətlərin hansı güc blokları ilə əməkdaşlıq edəcəyi gələcək qlobal iqtisadi və siyasibalansı müəyyənləşdirəcək.

Bu mənada, Mərkəzi Asiya artıq sadəcə enerji bazarı deyil, həm də rəqib güclər arasında nüfuz savaşı və strateji təsir mübarizəsinin əsas poliqonunaçevrilib. ABŞ-ın regiona dönüşü, Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün genişlənməsi, Rusiyanın “Avrasiya İttifaqı” formatında təsirini saxlamağaçalışması və Türkiyənin Türk Dövlətləri Təşkilatı vasitəsilə inteqrasiyasiyasəti Mərkəzi Asiyanı yeni geopolitik qovşağa çevirib.

Bu baxımdan ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə C5+1 formatında keçirilən Zirvə görüşü Vaşinqtonun regiona yönələn siyasətinin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.

Bu görüş, bir tərəfdən, ABŞ-ın Asiya siyasətində prioritetlərin dəyişməsini, digər tərəfdən isə Rusiyanın Ukraynada davam edən müharibəsi və Çininartan iqtisadi təsiri fonunda Avrasiyada yaranan strateji boşluğu doldurmaqcəhdini əks etdirir.

Bu fikirləri “Xalq Cəbhəsi”nə siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, Mərkəzi Asiya coğrafi baxımdan Avrasiyanın qovşağında yerləşir və zəngin təbii sərvətlərə malikdir. Bu regionun geoiqtisadi potensialı qlobal enerji və resurs təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Qazaxıstan uran istehsalına görə dünyada birinci, Özbəkistan isə beşinci yerdədir. Türkmənistan dünyanın ən iri təbii qazehtiyatlarına, Qırğızıstan və Tacikistan isə hidroenerji potensialına sahibdir. Bundan əlavə, region nadir torpaq elementləri ilə də zəngindir. Bu isə XXI əsrin texnoloji sənayesinin, xüsusilə süni intellekt və bərpa olunan enerjisektorlarının əsas xammal bazasıdır.

“ABŞ-ın Mərkəzi Asiyada fəallaşması təsadüfi deyil. Region həm Moskva, həm də Pekin üçün həyati əhəmiyyət daşıyır. Rusiya Mərkəzi Asiyanı hələ də öz “təbii təsir zonası” hesab edir, Çin isə “Bir Kəmər – Bir Yol” təşəbbüsü çərçivəsində bu bölgəni iqtisadi ekspansiyanın əsas halqası kimigörür. Vaşinqton üçün C5+1 formatında dialoqun dərinləşdirilməsi iki əsas məqsədə xidmət edir: 1.Rusiyanın geosiyasi təsir dairəsini məhdudlaşdırmaq - Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ Mərkəzi Asiyada siyasi və iqtisadi əlaqələri gücləndirməklə Moskvanın arxa cəbhəsində təsir imkanlarını zəiflətməyə çalışır. 2.Vaşinqtonun Moskvanı atəşkəsə vadar etmək məqsədi -ABŞ-ın Mərkəzi Asiyada mövqelərinin möhkəmlənməsinin arxasında yalnız iqtisadi maraqlar və enerji resurslarına çıxış istəyi deyil, həm də geosiyasi təzyiq mexanizmlərinin formalaşdırılması dayanır. Vaşinqton anlayır ki, Rusiya üçün Mərkəzi Asiya strateji arxa cəbhə, iqtisadi və təhlükəsizlik tamponu rolunu oynayır. Bu regionda Amerikanın mövqelərinin güclənməsi Moskvanın regionaltəsir imkanlarını zəiflədir, onu həm diplomatik, həm də iqtisadi cəhətdən dar çərçivəyə salır.

Bu baxımdan, Tramp administrasiyasının Mərkəzi Asiya istiqamətində aktivləşməsi, əslində, Rusiya-Ukrayna müharibəsi cəbhəsində siyasi və psixoloji üstünlük qazanmaq, Moskvanı atəşkəsə və sülh danışıqlarına məcbur etmək strategiyasının bir hissəsidir.

Mərkəzi Asiyada ABŞ-ın siyasi və iqtisadi dayaqlarının güclənməsi Rusiyanın enerji ixrac marşrutlarını, regiondakı logistik əlaqələrini və geoiqtisadi təsir alətlərini məhdudlaşdırır. Nəticədə, Kreml üçünuzunmüddətli müharibə iqtisadi və strateji baxımdan daha da baha başagəlir.

Beləliklə, Vaşinqtonun Mərkəzi Asiya fəallığı Ukrayna müharibəsində dolayı təsir və təzyiq diplomatiyasının mühüm tərkib hissəsinə çevrilir. 3.Çinin regional dominantlığının qarşısını almaq - ABŞ üçün Mərkəzi Asiya həm enerji mənbəyi, həm də Çin istehsal sənayesinin alternativ resurs bazasıdır. Ağ Ev bu yolla Pekinin qlobal iqtisadi zəncirlər üzərindəki nəzarətini balanslaşdırmaq niyyətindədir. Beləliklə, ABŞ-ın Mərkəzi Asiya siyasəti yalnız iqtisadi deyil, həm də qlobal güc balansını dəyişməyə yönəlmiş geosiyasi strategiyadır” - politoloq vurğulayıb.

C5+1 formatı çərçivəsində ABŞ artıq Qazaxıstanla nadir torpaq elementləri üzrə əməkdaşlıq sazişi imzalayıb. Tramp administrasiyası bu təcrübəni digər Mərkəzi Asiya ölkələrinə də şamil etməyi planlaşdırır.

Eyni zamanda, ABŞ bu regionla birbaşa investisiya əlaqələrini artırmaq, enerji və nəqliyyat infrastrukturlarının diversifikasiyasını dəstəkləmək niyyətindədir.

Bu yanaşma Vaşinqtonun “müharibə diplomatiyası”ndan çox “iqtisadidiplomatiya” modelinə üstünlük verdiyini göstərir. Yəni, ABŞ Mərkəzi Asiyada hərbi deyil, iqtisadi və texnoloji təsir mexanizmləri ilə möhkəmlənməyə çalışır. Azərbaycan üçün açılan yeni imkanlara gəldikdə, politoloqun fikrincə, ABŞ-ın Mərkəzi Asiyada fəallaşması Azərbaycan üçün də bir sıra strateji və iqtisadi üstünlüklər yaradır: “Birincisi, bu proses Türk Dövlətləri Təşkilatının inteqrasiyasını gücləndirir. ABŞ-ın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşması Türk dünyasının siyasi və iqtisadi güc kimiformalaşmasını sürətləndirə bilər. Bu, Azərbaycanın həm türkcoğrafiyasında, həm də Avrasiya məkanında mövqelərinin güclənməsi deməkdir.

İkincisi, 8 avqust Vaşinqton Anlaşmasından sonra Cənubi Qafqazdaformalaşan yeni sülh və əməkdaşlıq mühiti Azərbaycanın regional sabitlikvə iqtisadi inteqrasiya mərkəzinə çevrilməsi istiqamətində əlavə dəstək yaradır.

Üçüncüsü, ABŞ-ın regionda infrastruktur və enerji layihələrinə marağı Azərbaycanın təşəbbüsü ilə formalaşan Orta Dəhlizin (Transxəzər nəqliyyat xətti) əhəmiyyətini artırır. Bu dəhlizin genişləndirilməsi təkcə nəqliyyat deyil, həm də enerji və texnoloji inteqrasiyanın əsas vasitəsinə çevrilməkdədir.

Bu mürəkkəb rəqabət şəraitində Azərbaycan öz milli maraqlarını təmin edən çoxvektorlu diplomatiya xətti ilə seçilir. Bakı həm Qərb, həm Rusiya, həm də Çin istiqamətində balanslaşdırılmış siyasət aparmaqla regionda əməkdaşlıq körpüsü funksiyasını yerinə yetirir”.

Politoloq qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə formalaşan Zəngəzur dəhlizi və Orta Dəhliz (Transxəzər nəqliyyat marşrutu) təkcə logistika layihəsi deyil, həm də yeni geoiqtisadi əməkdaşlıq platformasıdır. Bumarşrut Avropa, Mərkəzi Asiya və Çin bazarlarını birləşdirərək qlobalticarətin dayanıqlı xəttinə çevrilmək potensialına malikdir.

Azərbaycanın enerji siyasəti də yeni reallıqlara uyğunlaşdırılıb: ölkə həm ənənəvi neft-qaz ixracatçısı olaraq qalır, həm də yaşıl enerji və alternativenerji mənbələrinə böyük investisiyalar cəlb etməklə gələcəyin enerjibazarında strateji üstünlüyünü qoruyur. Bu, Azərbaycanın həm Qərb, həm də Asiya ölkələri ilə əməkdaşlığını dərinləşdirir, eyni zamanda onu enerjitəhlükəsizliyinin mühüm təminatçısına çevirir: “Azərbaycanın xaricisiyasət fəlsəfəsi qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulub. Bakı, TürkDövlətləri Təşkilatı çərçivəsində Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadivə mədəni əlaqələri dərinləşdirir, eyni zamanda Avropa İttifaqı, ABŞ, Rusiya və Çinlə də qarşılıqlı maraqlara əsaslanan münasibətlər saxlayır.

Bu, Azərbaycanın unikal diplomatik üstünlüyüdür. Azərbaycan rəqibgüclər arasında körpü rolunu oynayaraq, yeni dünya düzənində sabitlik vəəməkdaşlığın mərkəzi kimi çıxış edir. Orta Dəhlizin “yaşıl enerji dəhlizi” kimi inkişaf etdirilməsi və Türk dünyasının enerji inteqrasiyasına dəstək verilməsi Azərbaycanın “orta güc” statusunu daha da möhkəmləndirir. Yeni dünya düzənində Mərkəzi Asiya uğrunda rəqabət daha da kəskinləşsə də, Azərbaycan bu rəqabəti risk yox, fürsət kimi dəyərləndirir.Çoxvektorlu diplomatiya, enerji və nəqliyyat siyasətində strateji uzaqgörənlik, həm Qərb, həm də Şərqlə balanslı münasibətlər Bakı üçün qlobal və regional sülhün təminatçısı rolunu daha da gücləndirir. Azərbaycan təkcə regionun coğrafi mərkəzində deyil, həm də yeni beynəlxalq sistemin siyasi, enerji və diplomatik mərkəzlərindən birinə çevrilməkdədir”.

M.Bünyadlının fikrincə, ABŞ-ın Mərkəzi Asiyada mövqelərini möhkəmləndirməsi təkcə ikitərəfli əlaqələr əsasında mümkün deyil. Regionun tarixi, mədəni və geosiyasi reallıqları göstərir ki, Mərkəzi Asiyanın beş respublikası arasında əməkdaşlığın əsas inteqrasiya dayağı Türk Dövlətləri Təşkilatıdır (TDT). Türk dünyası son illər təkcə mədəni identiklik deyil, həm də iqtisadi, nəqliyyat və enerji inteqrasiyası baxımından yeni geosiyasi güc mərkəzi kimi formalaşmaqdadır. Bu prosesin mərkəzində isə Azərbaycan və Türkiyə dayanır. ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya üçün Mərkəzi Asiyada davamlı və təsirli siyasətin qurulması, əslində, Türk Dövlətləri Təşkilatı ilə strateji əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasından keçir: “Vaşinqton bu platformanı regionda Rusiyanın və Çinin təsirinə alternativ mexanizm kimi dəstəkləməklə həm öz iqtisadi maraqlarını qoruyar, həm də Türk dünyasının qərbyönlü inkişaf modelini təşviq etmiş olar. Belə bir yanaşma həm ABŞ-ın enerji və resurs təhlükəsizliyinə, həm də Avrasiyada sabitlik və balans siyasətinin qorunmasına xidmət edər. Bu baxımdan Tramp administrasiyası üçün Türk Dövlətləri Təşkilatının güclənməsi Mərkəzi Asiyada Amerikanın uzunmüddətli maraqları ilə üst-üstə düşən strateji xəttdir. ABŞ-ın Mərkəzi Asiyada fəallığı təkcə regional siyasət deyil, həm də yeni qlobal güc balansının formalaşmasının göstəricisidir. Vaşinqton bu regionda təsirini artırmaqla həm Rusiyanın geosiyasi çevrəsini daraltmağa, həm də Çinin Avrasiya planlarını balanslaşdırmağa çalışır. Mərkəzi Asiyanın enerji və resurs potensialı fonunda formalaşan bu yeni dinamika Azərbaycan üçün də əhəmiyyətli nəticələr doğurur. Bakı üçün əsas məqsəd bu geosiyasi prosesləri Orta Dəhliz, yaşıl enerji və türk inteqrasiyası kimi milli prioritetlərlə sinxronlaşdırmaqdır. Azərbaycanın enerji, logistika və diplomatik potensialı bu yeni mərhələdə ölkəmizi “orta güc” statusuna yüksəldən əsas amillərdən birinə çevrilə bilər”.

Cavid