Paşinyan: "Tramp marşrutu"nun reallaşdırılmasına nail olacağıq Siyasət

Paşinyan: "Tramp marşrutu"nun reallaşdırılmasına nail olacağıq

Avropa İttifaqındakı qalmaqallar yaxın keçmişdə korrupsiya elementlərinin dərin köklərə sahib olduğunu göstərir, Avropa İttifaqının (Aİ) keçmiş xarici siyasət və təhlükəsizlik məsələləri üzrə keçmiş ali nümayəndəsi Josep Borrellin də fəaliyyəti araşdırılmalıdır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev bildirib.

Avropa İttifaqında korrupsiya qalmaqalları

Tural Gəncəliyev qeyd edib ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sabiq ali nümayəndəsi Federika Moqerini, Avropa İttifaqının diplomatik xidmətinin keçmiş Baş katibi Stefano Sannino və digər sabiq rəsmiləri barədə artıq cinayət işləri qaldırılıb, Federika Moqerini və Stefano Sannino saxlanılıb: “Hətta Josep Borrellin adı bu korrupsiya qalmaqallarında çəkilir. Bu da təsadüfi deyil, Federika Moqerini Josep Borrellə yaxın şəxs olub, ona görə Josep Borrellin də fəaliyyəti araşdırılmalıdır. Onlar öz törətdikləri cinayətləri, korrupsiya elementlərini görməyərək, başqalarını ittiham etmək və demokratiya dərsi keçmək istiqamətində bir-biri ilə yarışa çıxmışdılar. Həm Vətən müharibəsindən öncə, həm Vətən müharibəsi dövründə və daha sonra Josep Borrell və komandası Azərbaycana düşmən münasibəti, ölkəmizə qarşı açıq kampaniya aparmaları ilə diqqət çəkib. Avropa İttifaqının keçmiş rəhbərliyinin korrupsiya əməllərinin ifşası bir daha göstərir ki, Azərbaycanla bağlı iddialar səsləndirən şəxslər ikiüzlü və riyakar siyasət yürüdüblər. Məhz onların Cənubi Qafqazla bağlı müəyyənləşdirdikləri uğursuz, qeyri-effektiv siyasətin də əsasında onların korrupsiyaya qurşanmaları durub”.

Deputat vurğulayıb ki, Azərbaycana qarşı ədalətsiz davranmış keçmiş Avropa rəsmiləri ifşa olunur, cinayət işləri başlanır və gec də olsa, ədalət yerini tapır: “Ona görə də bundan sonra da Avropa İttifaqını belə silkələyəcək skandalların davam edəcəyini gözləyirik və izləyirik.”

Avropa Parlamentində korrupsiya mexanizmləri

Tural Gəncəliyev qeyd edib ki, Avropa İttifaqındakı korrupsiya mexanizmlərinin bir qolu da məhz Avropa Parlamentinə gedib çıxır: “Avropa Parlamentinin (AP) sədri Roberta Metsola, Avropa Parlamenti sədrinin sabiq müavini Eva Kayli kimiləri özləri xirtdəyə qədər korrupsiyaya qurşanmalarına baxmayaraq, hələ başqalarına demokratiya dərsi keçməyə cürət edirdilər. Azərbaycan Milli Məclisində onları tənqid edərkən biz onların ermənipərəst, erməni lobbisinin təsiri altındakı korrupsiya mexanizmlərini ifşa edirdik və onları bu hərəkətlərdən çəkindirməyə çalışırdıq. Ancaq ədalət öz yerinə yetirir. Biz bir daha dərindən anlayırıq ki, bu şəxslər vaxtı ilə məhz ədalətdən kənar mövqelər sərgiləyib, erməni lobbinin əlində oyuncaq olublar. Artıq Avropada hüquq-mühafizə orqanları bu şəxslərlə bağlı istintaqla məşğuldur və onların qara keçmişini bütün dünyaya nümayiş etdirirlər. Ümid edirik ki, Avropa Parlamenti keçmiş səhvlərdən dərs çıxaracaq. Çünki təəssüflər olsun ki, hazırda da Avropa Parlamentində Azərbaycana qarşı qərəzli mövqe davam etməkdədir. Baxmayaraq ki, biz artıq regionda sülhə nail olmuşuq, Ermənistanda Azərbaycan arasında müsbət diskurs formalaşmaqdadır. Amma buna baxmayaraq, Avropa Parlamentində qərəzli mövqe qalmaqdadır. Avropa Parlamentinin yaxın keçmişinə baxaraq dərs çıxaracağını və Azərbaycana qarşı siyasətlərini dəyişəcəklərinə ümid bəsləyirik”.