Günay Əfəndiyeva: Mirzə Qədim İrəvani irsi tarixi həqiqətlərimizin canlı sübutudur
Gürcüstanda azərbaycanlı məktəb direktoru rüşvətə görə saxlanılıb
Aİ lideri: Ermənistan və Azərbaycan arasında sülh sazişi yeni imkanlar açır
Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar
17:57
483
Çin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyir.
Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşü zamanı bildirib.
V.Süleymanov Çinə Azərbaycanda minatəmizləmə fəaliyyətinə maliyyə töhfəsinə görə təşəkkür edib və bu addımı humanitar həmrəyliyin göstəricisi olduğunu qeyd edib.
Bununla yanaşı, səfirə Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət barədə ətraflı məlumat verilib.
L.Mey minatəmizləmə sahəsinin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın önəmli hissəsi olduğunu deyib. O həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin aprel ayında Çinə dövlət səfəri zamanı imzalanmış sənədlərdən birinin humanitar minatəmizləmə sahəsində əməkdaşlığı əhatə etdiyini və hazırkı ianənin həmin memorandum çərçivəsində edildiyini vurğulayıb.
Tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlıq məsələləri, o cümlədən təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparıb.
Sonda tərəflər köçürülmüş ianə ilə bağlı müvafiq sənəd mübadiləsi edib.