12:13
490
"Şərq musiqisinin aşağı səviyyəli tendensiyaları Azərbaycan musiqisində özünü bayağı formada göstərir".
Bunu sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova Bakıda ilk dəfə keçirilən “Mədəniyyət və hüquq: Müasir Çağırışlar" Forumunda “Mədəniyyət və Hüquq” panel müzakirəsi zamanı deyib.
"Qloballaşma mədəni mühitə həm müsbət, həm də mənfi təsirlər göstərir. Burada müsbət təsir dedikdə mədəni əlaqələrin genişlənməsini, mədəni irsin beynəlxalq müstəvidə tanıdılmasını və yaradıcı sənayelərin inkişafını qeyd etmək olar. Azərbaycan 2000-ci illərdən etibarən bir sıra beynəlxalq mədəni təşkilatlara qoşularaq onlarla əməkdaşlıq etməyə başlayıb. Burada milli kodun zədələnməsini qeyd eləmək olar. Məsələn, Şərqin ən aşağı səviyyəli tendensiyaları bizim musiqlərimizdə özünü bayağı formada göstərir. Mən fürsətdən istifadə edərək bu forumda müraciət edirəm, biz bu bəla ilə necə mübarizə aparaq? Mən hesab edirəm ki, bununla hüquqi müstəvidə mübarizə aparılmalıdır".
12:50
392
12:09
525
11:32
546