Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
12 Dekabr 2025 11:25
1 393
Xəzər dənizinin dayazlaşması prosesi geridönməz hala gələ və ciddi nəticələr zəncirinə səbəb ola bilər.
“APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bunu Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
“Xəzərə gəldikdə, hazırkı templə gedən dayazlaşma bu təhlükəli prosesi geridönməz edə bilər və bu da qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrdən ibarət zəncirvari reaksiyaya səbəb ola bilər. Qazaxıstan ekosistemin dağıdılmasının və Xəzərin dayazlaşmasının qarşısının alınmasına yönəlmiş xüsusi dövlətlərarası proqram hazırlanması təşəbbüsü ilə çıxış edib”, – deyə Kasım-Jomart Tokayev qeyd edib.
Qazaxıstan Prezidenti Tokayev bütün dünya ictimaiyyətini Xəzərin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb: “Ümumilikdə, mənim fikrimcə, su diplomatiyası dövlətlər arasında sıx koordinasiya tələb edir. Mövcud beynəlxalq institutlar isə adətən pərakəndə şəkildə, dar mandatlar çərçivəsində fəaliyyət göstərirlər ki, bu da artan su problemlərinin miqyasına uyğun gəlmir”.