Tramp: "Sülh Şurası"na 50-dən çox ölkə daxil olacaq
22 Yanvar 15:54
22 Yanvar 15:54
22 Yanvar 13:24
22 Yanvar 13:19
22 Yanvar 12:44
15 Dekabr 2025 12:24
2 044
Ermənistan–Azərbaycan sərhədində hazırda vəziyyət sakitdir, lakin Yeni il bayramları dövründə silahlı qüvvələr gücləndirilmiş rejimdə xidmət aparacaq.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
Papikyanın sözlərinə görə, hazırda narahatlıq üçün əsas yoxdur. O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin qarşılaşdığı əsas çətinliklər təhlükəsizliklə deyil, hava şəraiti ilə bağlıdır. Güclü külək və çovğun xidmətin təşkili üçün əlavə çətinliklər yaradır, çünki qış aylarında dağlıq ərazilərdə mövqelərə aparan yollar bağlanır.
Nazir vurğulayıb ki, Ermənistan ordusunun bəzi mövqeləri dəniz səviyyəsindən 3500 metrədək yüksəklikdə yerləşir və oktyabr ayından etibarən həmin ərazilərdə qar yağır. Bu səbəbdən yolların təmizlənməsi və fasiləsiz rabitənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.
22 Yanvar 21:41
735
22 Yanvar 20:50
805
22 Yanvar 20:15
819