XİN: Azərbaycanın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil
Nazir: Azərbaycnın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil
Ruben Vardanyanın məhkəməsi dekabrın 30-da davam etdiriləcək
Nazir: Bakı ilə Moskva arasındakı gərginlik Ukrayna-Rusiya müharibəsi ilə bağlı deyildi
15:02
637
“Azərbaycan dünyanın böyük idman yarışlarına layiqincə ev sahibliyi edir”.
Bu sözləri Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov taekvondo üzrə respublika çempionatı və ölkə birinciliyinin açılış mərasimində deyib.
Federasiya prezidenti bildirib ki, dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və dəstək nəticəsində Azərbaycan idmançıları nüfuzlu beynəlxalq turnirlərdə uğurla çıxış edirlər: “Bu da bizim üçün sevindirici haldır. İl ərzində 156 medalın qazanılması, onlardan 53-nün qızıl olması ölkəmizdə taekvondonun davamlı inkişaf etdiyini və bu idman növünə marağın ildən-ilə artdığını təsdiqləyir”.
Qeyd edək ki, dekabrın 24-də start götürən ölkə birinciliyinə dekabrın 27-də yekun vurulacaq.