14:37
637
Son aylar Rusiya və İran Zəngəzur dəhlizinə qarşı açıq və gizli şəkildə eyni mövqedən çıxış edirlər. Moskva öz təsir zonasında yeni kommunikasiya xətlərinin Qərbin və Türkiyənin nəzarətinə keçməsindən ehtiyat edir, Tehran isə Ermənistan üzərindən Avrasiya ilə yeganə quru bağlantısının zəifləməsini strateji təhlükə kimi görür. Eyni zamanda, şimal və cənub qonşularımız Zəngəzur dəhlizinin təkcə regional nəqliyyat layihəsi deyil, Cənubi Qafqazda güc balansını dəyişə biləcək geosiyasi açar olduğunu yaxşı anlayırlar. Məhz bu səbəbdən bu iki paytaxtın maraqları Zəngəzur məsələsində üst-üstə düşür və dəhliz ətrafında gərginliyi daha da artırır.
ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-a açıqlamasında bildirdi ki, Rusiya və İran bu layihəyə qarşı çıxmağa davam etsələr, sonunda zərər görən tərəf olacaqlar:
“Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın və Ermənistanın deyil, o cümlədən də region ölkələrinin-Rusiyanın, Türkiyənin İranın və digər dövlətlərin də birbaşa iqtisadi maraqlarına xidmət etmiş olacaq. Adı TRIPP marşrutu adlandırılır. Bununla regional bağlantıların, iqtisadi sərmayə kimi sahələrdə çoxtərəfli əməkdaşlığın, logistika imkanlarının yaranmasına geniş zəmin yaranır. Keçən il avqustun 8-də Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirilən 3 təfərli görüşün əsas razılaşmasından biri də Zəngəzur dəhlizinin açılması olub. Burada konkret olaraq iki ölkə-Rusiya və İran qəti sürətdə narahat olmamalıdır. Əks halda bu, bir neçə ildir ki, Qərbin və Amerikanın blokadasında boğulan Rusiyanın və son günlər intensiv olaraq sosial narazılıq fonunda kütləvi mitinqlər keçirilən İranın iqtisadi durumuna xeyli təsir edə bilər. Əhalisinin böyük hissəsi yoxsulluq səviyyəsindən aşağı yaşayan İran buna görə molla rejiminə üsyan edən xalqın rifahının artırılmasına xidmət edən regional əlaqələrə- Zəngəzur dəhlizinə qarşı çıxmamalıdır. Bütün bunları düşünməlidirlər. Və koridorun açılmasının sürətlənməsini təmin etməməlidirlər. Biz həm də unutmamalıyıq ki, Trampın Vladimir Putinlə çox yaxşı münasibətləri var. Bunu görməmək mümkün deyil. Yəqin ki, qeyri-rəsmi də olsa, bu məsələ ilə bağlı Putin-Tramp danışıqları olub”.
Sonda qeyd edək ki, hər iki ölkənin bu mövqe Abbas Səhhətin məşhur “Ayı və şir” şeirindəki “Əlbir olub bir ayı bir şir ilə” misrasını yada salır...
15:41
427
13:58
854
13:29
798